Bakıda ictimai nəqliyyatda “MasterCard”la ödəniş sistemi tətbiq olunacaq

11 Dekabr 2019 - 14:55

Gələn il Azərbaycan vətəndaşları Bakıda ictimai nəqliyyatda gediş haqlarını birbaşa “MasterCard” vasitəsilə ödəyə biləcək.

Trend-in məlumatına görə, bunu “MasterCard”ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Erdem Çakar ilin yekunlarına həsr olunmuş tədbir zamanı deyib.

O bildirib ki, bu sistem London, Ankara, Sankt-Peterburq və Moskva kimi iri şəhərlərdə işləyir.

E.Çakarın sözlərinə görə, Bakıda da bu sistemi tətbiq etmək lazımdır:

“Bu gün Bakı regional miqyasda iri şəhərə çevrilib, hər il turistlərin sayı artır. İctimai nəqliyyatda plastik kartla ödəniş sistemini tətbiq etmək zərurəti yaranıb və “MasterCard” bu tapşırığı öhdəsinə götürür”.

O əlavə edib ki, bununla paralel olaraq “MasterCard” “Bakıkart”la birgə ödəniş kartının müəyyən olunan limiti başa çatdıqdan sonra avtomatik doldurulması ilə bağlı layihə müzakirə edilir.