Bakıda iki dostu oğurlayaraq pullarını alan şəxs saxlanılıb

30 Yanvar 2020 - 10:47

Bakıda iki dost qaçırılıb.

Hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, ötən gün saat 02:30 radələrində Binəqədi rayonu Cəfər Xəndan küçəsində naməlum şəxs Bakı sakinləri, 1995-ci il təvəllüdlü Ə.Həsənov və dostu H. Bağırovu hədələyərək maşınına mindirib, sonradan istintaqla müəyyən olunacaq ünvana aparıb. H. Bağırov oradan qaçmağı bacarıb. Naməlum şəxs isə Ə. Həsənova yumruqla xəsarətlər yetirərək 646 manatını quldurluq yolu ilə ondan alıb.

Daxili İşlər Nazirliyinin (DİN) “102” xidmətinə daxil olan məlumat əsasında Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin  əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat axtarış tədbirləri nəticəsində Bakı sakini, 1989-cü il təvəllüdlü Maqsud İsmayıllı saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsi tərəfindən cinayət işi başlanıb, araşdırma davam edir. (APA)