Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

Bakıda Ayətullah Seyid Əli Xameneinin anım mərasimi keçirilib

User 10 Aprel 2026 - 18:16 (Last updated: 10 Aprel 2026 - 21:04)
400
Aprelin 10-da İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin həlak olmasının 40-cı günü ilə əlaqədar Bakıda anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, hökumət və ictimaiyyət nümayəndələri, din xadimləri iştirak ediblər.
Mərasim əvvəlcə “Qurani-Kərim” tilavəti ilə başlayıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə çıxış edərək, Seyid Əli Xamenei ilə bağlı xatirələrini bölüşüb, onun zəngin mənəvi irsindən və İslam dünyasındakı rolundan danışıb. Şeyxülislam, eyni zamanda, dünyada baş verən münaqişə və fəlakətlərin aradan qalxmasını diləyib, bəşəriyyət üçün sülh, əmin-amanlıq və rifah arzularını ifadə edib.
İranın ölkəmizdəki səfiri Müctəba Dəmirçilu çıxışında Seyid Əli Xameneinin həyat yolu, dövlət və din sahələrindəki fəaliyyəti, həmçinin İslam dünyasına verdiyi töhfələrdən bəhs edib. O, gərginliyin ilk günlərindən etibarən Azərbaycanın göstərdiyi həmrəyliyi, humanitar və mənəvi dəstəyi xüsusi vurğulayaraq, buna görə ölkəmizə minnətdarlığını bildirib.
Sonra çıxış edən din xadimləri dini dəyərlər və mənəvi irs barədə danışıblar. Mərhumun xatirəsi ehtiramla yad edilərək onun dini və ictimai fəaliyyəti yüksək qiymətləndirilib.
Qeyd edək ki, Ayətullah Seyid Əli Xameneinin həlak olmasının 40-cı günü ilə əlaqədar bu gün Naxçıvanda da anım mərasimi keçirilib.
Xatırladaq ki, İranın ali dini lideri Əli Xamenei fevralın 28-də həlak olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onun vəfatı ilə əlaqədar İran Prezidenti Məsud Pezeşkiana başsağlığı məktubu ünvanlayıb, həmçinin Bakıda İran səfirliyini ziyarət edərək, xatirə kitabına ürək sözlərini yazıb.

AzPost.az

Post navigation

Previous: Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə olunub
Next: Bir neçə bankdan eyni vaxtda kredit götürmək olarmı?

Oxşar xəbərlər

dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
neriman
  • Din

“Quran”da hicab məsələsi –

User 12 Oktyabr 2026 - 17:30
seyx esas
  • Din

Şeyxülislam Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

User 06 Oktyabr 2026 - 22:05

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.