Bakıda sahibkar iranlı baş həkimi döyüb-

YENİLƏNİB
24 Oktyabr 2019 - 10:13

Bakıda iranlı həkimin döyülməsi ilə bağlı təfərrüatlar məlum olub. 

Bu barədə  APA-ya danışan Behnam Kazemi qeyd edib ki, o, “Starmed” klinikasının baş həkimi və cərrahıdır. Onu döyən isə klinikanın yerləşdiyi binanın sahibidir: “Bizim aramızda baş verən mübahisəyə onun heç bir əsas gətirmədən məni binadan çıxarması səbəb oldu. Mən icarə pulunu ödəmişəm. Lakin buna baxmayaraq o, bütün avadanlıqlarımı binadan çölə atıb. Bu azmış kimi bir də məni döyüb”.

B.Kazemi hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verdiyi qeyd edib.

***

Bakıda iranlı həkim döyülüb.

Hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. İran vətəndaşı, 1969-cu il təvəllüdlü Kazımi Behram Əli oğlu Yasamal rayon Polis Şöbəsinə müraciət edərək ötən gün  həkim işlədiyi “Starmed” klinikasında Bakı şəhər sakini 1945-ci il təvəllüdlü Xəlil Musayev tərəfindən döyüldüyünü bildirib. (APA)

Araşdırma aparılır.