Bakıda itkin düşən 13 yaşlı qız tapıldı 

Paytaxtda itkin düşən azyaşlı tapılaraq ailəsinə təhvil verilib.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da gecə saatlarında Yeni Suraxanı qəsəbəsində yaşadığı evdən naməlum istiqamətə gedərək, itkin düşən 2006-cı il təvəllüdlü Nelli Ağayeva tapılaraq ailəsinə təhvil verilib.

Polis əməkdaşları tərəfindən azyaşlının valideynləri ilə profilaktiki söhbət aparılıb, onun üzərində nəzarətin artırılması tövsiyə olunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Müəllimlərin yeni  maaşları nə qədər olacaq? –

Sonrakı məqalə

YAP və müxalifətin iştirakı ilə Dəyirmi Masa başlanıb –