Bakıda itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans keçirilir –FOTO

Bu gün “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda beynəlxalq konfrans keçirilir.

Konfransı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsi birgə keçirir.

Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Konfrans iştirakçılarına müraciət ünvanlayıb. Müraciəti Dövlət Komissiyasının sədri Əli Nağıyev oxuyub.

Tədbirdə dünyada itkin düşmüş şəxslərin probleminə dair qısa film nümayiş etdiriləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.