Bakıda kişi keçmiş həyat yoldaşını küçədə döyərək qarət edib

30 İyun 2020 - 10:46

Bakıda kişi keçmiş həyat yoldaşına qarşı soyğunçuluq edib.

Hadisə iyunun 27-də paytaxtın Binə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini olan qadın Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək keçmiş kürəkəni, əvvəllər məhkum olunmuş, 1985-ci il təvəllüdlü Asif Abbasov qızını küçədə döyərək içərisində 200 manat olan pul kisəsini taladığını bildirib.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi başlanıb. A. Abbasov 3-cü Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılıb. (APA)