Bakıda koronavirus xəstəsinə cinayət işi açılıb

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbir zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, polis əməkdaşları “COVİD-19” virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evi tərk etmiş Binə qəsəbəsi sakini Şahin Əşrəfovu müəyyən edərək saxlayıblar. Həmin şəxslə izahedici söhbət aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb. Bu şəxs barəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Şahin Əşrəfov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Şuşa ili” ilə bağlı Tədbirlər Planının bəzi detalları məlum olub

Sonrakı məqalə

“Azəriqaz” rəhbərliyi onlayn vətəndaş qəbulu keçirəcək