Bakıda küçədə qızı döydülər –

Telefonunu aldılar (FOTO)
06 Oktyabr 2019 - 09:33

Bakının Nərimanov rayonunda gənc qıza qarşı cinayət törədilib.

Hadisə Atatürk prospektində qeydə alınıb.

Belə ki, Orxan və Aysel adlı şəxslər 1995-ci il təvəllüdlü Musazadə Nurlana İbrahim qızını döyüblər. Onlar daha sonra zərərçəkmişin mobil telefonunu da alıblar. N.Musazadə baş vermiş hadisə ilə bağlı polisə məlumat verib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır. (APA)