Bakıda küçəyə atılmış azyaşlı Vlasov uşaq evinə verilib –Polis cinayət işi açıb

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları rayon ərazisində tüfeyli həyat tərzi sürən azyaşlı Vlasov Fərid Ruslan oğlunun yerinin müəyyənləşdirilərək tapılması istiqamətində zəruri tədbirlər həyata keçiriblər.

Bakı Şəhər Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun birgə məlumatında bildirilir ki, valideyn himayəsindən məhrum, həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə küçələrdə yaşayan 2005-ci il təvəllüdlü Fərid Vlasovu onun qayğısına qalmalı olan şəxslər tərəfindən bilə-bilə köməksiz vəziyyətdə qoymaları faktına görə Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi istintaqın davam etdirilməsi üçün rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib.

Fərid Vlasov Sabunçu rayonunun Yeni Ramana qəsəbəsindəki “Şəfqət Nuru” Kimsəsizlərə Yardım İctimai Birliyinin “Nur” uşaq evinə yerləşdirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Eldar Namazov:

Sonrakı məqalə

Azərbaycan Ordusunun hərbi qulluqçusu  naməlum şəraitdə həlak olub –