Bakıda meymun ingilisi dişlədi –Xəstəxanaya aparıldı

Bakıda xarici turisti meymun dişləyib.

Trend-in məlumatına görə, hadisə ötən gün Səbail rayonunda baş verib. Böyük Britaniya vətəndaşı olan 1960-cı il təvəllüdlü Donovan Debra Jayneni meymun dişləyib. Sol qolundan xəsarət alan şəxs 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Mərkəzdən verilən məlumata görə, turistə ilkin tibbi yardım göstərilib və quduzluğa qarşı iynə vurulub. Həkimlərin yardımından sonra D.Donovan öz istəyi ilə ambulator müalicəyə yola salınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Ekspertdən təklif:

Sonrakı məqalə

Sabiq nazirin şirkəti cərimələndi