Bakıda nənə 1 və 5 yaşlı iki nəvəsini kəndirlə boğaraq öldürdü, özü intihar etdi-DİN rəsmi MƏLUMAT yaydı (YENİLƏNİB)

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi Bakının Nizami rayonunda baş vermiş qətllə bağlı birgə məlumat yayıb.

Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, yanvarın 29-da saat 18 radələrində 6 yaşlı Alsu Pikulo və 2 yaşlı Marat Pikulonun üzərində zorakılıq əlamətləri olan meyitlərinin, nənələri 1963-cü il təvəllüdlü Nina Allahverdiyevanın isə asılmış vəziyyətdə meyitinin birgə yaşadıqları paytaxtın Nizami rayonu, Rüstəmov küçəsi, 74 saylı evin 2-ci mərtəbəsində yerləşən 59-cu mənzilində aşkar olunması barədə daxil olmuş məlumat əsasında dərhal prokurorluq, polis və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspert briqadasının iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.

Faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmış, müvafiq ekspertizalar təyin edilib.

Hadisə yerinə baxış zamanı mənzildə olan əşyaların yerbəyer olmaqla tamlıqlarının pozulmaması və mənzilin giriş qapısının içəri tərəfdən kilidli olması müəyyən edilib, eyni zamanda meyitlərə baxış zamanı boğulmağa xarakterik izlərdən başqa digər xəsarət və ya xəsarət izləri aşkar olunmayıb.

İlkin istintaq fərziyyələri ilə Nina Allahverdiyevanın əvvəlcə nəvələrini kəndirlə boğaz nahiyələrindən boğmaqla öldürməsinə, daha sonra isə özünü kəndirlə asaraq intihar etməsinə əsaslı şübhələr yaranıb.

Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılması istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***

 

Bakıda dəhşətli qətl törədilib.

Nizami rayonu, Rüstəmov 74 ünvanında Sənubər Məmmədova iki azyaşlı nəvəsini öldürəndən sonra özünü asaraq intihar edib.

Qadının nəvələrini bıçaqla qətlə yetirdiyi bildirilir.

Qətlə yetirilən uşaqlardan birinin 5, digərinin isə 1 yaşı olub.

Məlumata görə, hadisə baş verən zaman uşaqların valideynləri işdə olublar.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

***

Bakıda dəhşətli qətl törədilib.

Nizami rayonu, Rüstəmov 74 ünvanında qadın iki azyaşlı nəvəsini öldürəndən sonra özünü asaraq intihar edib.

Qadının nəvələrini bıçaqla qətlə yetirdiyi bildirilir.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tofiq Qasımov dövlət xərcə düşməsin deyə təyyarədən imtina etmişdi –

Sonrakı məqalə

Qüdrət Həsənquliyev seçicilərlə görüşüb –