Bakıda narkotacir tərəzi ilə birgə saxlanılıb

Bakıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşların keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş, 1991-ci il təvəllüdlü Rövşən Əsədzadə saxlanılıb. Saxlanılan şəxsin  üzərində aparılan axtarış zamanı ondan 0,274 qram heroin və elektron tərəzi aşkarlanıb.

Bundan başqa Səbail rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Badamdar qəsəbəsi, 3 massivdə yaşayan 1987-ci il təvəllüdlü Mirzəağa Hüseynovun evində axtarış keçirilib. Axtarış zamanı onun həyətində xüsusi avrotexniki qaydada qulluq edilmiş 3 ədəd çəkisi 0,75 qram çətənə kolu aşkar edilərək götürülüb. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistanın işğalçı qüvvələri atəşkəsi pozub –

Sonrakı məqalə

“Bəhram Bağırzadənin vəziyyəti ağır olaraq qalır” –