Bakıda narkotacirlər tutuldu- DİN açıqlama yaydı

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik vasitə və psixotrop maddə qqnunsuz dövriyyədən çıxarılıb. 

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bölmə əməkdaşları daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri, 1994-cü il təvəllüdlü Amil Orucov və 1995-ci il təvəllüdlü Əlihüseyn Hüseynovu saxlanılıb.

A.Orucovdan çəxsi axtarış zamanı 1 kiloqram 9 qram heroin, Ə. Hüseynovdan isə 10 qram heroin və 183 qram metanfetamin aşkar edilərək götürülüb. Onlar ifadələrində narkotik vasitələri satmaq məqsədi ilə şəxsiyyəti istintaqa hələ ki, məlum olmayan bir nəfərdən aldıqlarını bildiriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslər tutularaq istintaqa təqdim olunublar. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tramp:

Sonrakı məqalə

Sabah hava necə olacaq?