Bakıda oxuyan pakistanlı tələbə qız azərbaycanlı oğlanla ailə qurdu –

FOTO
15 Aprel 2021 - 15:39

Bakı Ali Neft Məktəbinin (BANM) azərbaycanlı məzunu bu təhsil ocağının pakistanlı tələbəsi ilə ailə həyatı qurub.

Azpost.info bildirir ki, bu barədə BANM-ın rektoru Elmar Qasımov bildirib.

BANM-ın Neft-qaz mühəndisliyi ixtisasının məzunu Elvin İsmayılov eyni ixtisasın III kursunda təhsil alan pakistanlı tələbə Masuma Rizvi ilə nikaha girib.5 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydə alınan nikah mərasimində BANM-ınrektoru Elmar Qasımovla Pakistanın ölkəmizdəki səfiri Bilal Haye şahid qismində iştirak edib.

Rektor və səfir gəncləri təbrik edərək, onlara iki ölkə arasındakı isti və dayanıqlı münasibət kimi ailə həyatı arzulayıblar. Gənc ailəyə hədiyyələr təqdim olunub.

Hər iki ölkənin adət-ənənələri nəzərə alınan mərasimə karantin qaydalarına uyğun olaraq cütlüyün az sayda yaxın qohumları da qatılıb. Onların hər ikisi BANM-in Tələbə evində məskunlaşıblar. Elə sevgi münasibətləri də təhsil aldıqları müddətdə yaranıb.

“Bu nikah Azərbaycan və Pakistan qardaşlığının bir gözəl nümunəsidir. Eyni din, eyni adət-ənənləri olan xalqaların birlik simvoludur bu ailə. Bakı Ali Neft Məktəbi isə bu ailəni birləşdirən körpü rolunu oynadı.

Tələbələrimiz olan bəylə gəlini ürəkdən təbrik edir, onlara ailə səadəti, xoşbəxtlik, uzun, sağlam, bərəkətli ömür arzu edirəm. Sevgi dolu həyat diləyirəm”,-deyə rektor Elmar Qasımov bildirib.