Bakıda özünü 11-ci mərtəbədən atan kişi xəstəxanaya yerləşdirilib

29.01.2024-cü il tarixində saat 13:10 radələrində 1993-cü il təvəllüdlü şəxs (kişi cinsli) ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Mərkəzdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bədəndə çoxsaylı sınıqlar, kəllə-beyin travması, daxili qanaxma və s. ağır diaqnozlar qoyulan yaralı dərhal Mərkəzin Cərrahi reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda süni tənəffüs aparatına qoşulan şəxsin vəziyyəti kəskin ağır qiymətləndirilir.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.