Bakıda polis rəisinin müavini qəfildən dünyasını dəyişib

Daxili İşlər Nazirliyinin Nizami Rayon Mühafizə İdarəsinin rəis müavini, polkovnik-leytenant Elşad Rəcəbov qəfildən vəfat edib.

Hadisə bu gün səhər saatlarında baş verib.

Məlumatda bildirilir ki, 49 yaşlı polkovnik-leytenant bu gün səhər tezdən özünü pis hiss etdiyi üçün həkim müayinəsinə gedib və orada da dünyasını dəyişib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Məlumatı DİN-nin mətbuat xidmətindən təsdiqləyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Hulusi Akar: “Zəngəzur və Laçın dəhlizi ilə bağlı müzakirələrin həll olunacağına inanırıq”

Sonrakı məqalə

Ərdoğan yeni ildə hökumətin ilk iclasını keçirib