Bakıda qarajdan 30 min dollarlıq əşya və kolleksiya markaları oğurlanıb

27 Mart 2021 - 12:43

Bakıda qarajdan oğurluq 30 min dollarlıq oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə  görə, Yasamal Rayon Polis İdarəsi  26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki qarajların birindən 30000 ABŞ dolları (50 000 manat) dəyərində məişət əşyaları və kolleksiya markaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar İ.Qədirov, İ.İlyasov və Ə.Əsgərov saxlanılıblar.