Bakıda qayınata gəlini bıçaqladı

05 Aprel 2021 - 23:10

Maştağa qəsəbəsində qadın bıçaqlanıb.

Hadisə Sabunçu rayonunda baş verib.

1986-cı il təvəllüdlü Cavadova Failə Faiq qızı qayınatası ilə mübahisə edib. Mübahisə zamanı o bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi tərəfindən araşdırma aparılır. (APA)