Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə bu gün günorta saatlarında Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsində baş verib. Küçədə hərəkətdə olan 90-SE-990 dövlət nömrə nişanlı “Range Rover” markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan 44-CM-041 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində ölən və yaralıların olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb ediliblər.
Məlumata görə, qəzaya yüksək sürət səbəb olub.
Faktla bağlı araşdırma aparılır.