Bakıda restoranda zəhərlənmə olub- Ölən var

Bakıda restoranda zəhərlənmə faktı qeydə alınıb.

APA-nın məlumatına görə,  ötən gün şəhər sakini Bayramov Sərxan Niyazi oğlunun zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə daxil olması və həmin xəstəxanada ölməsi barədə daxil olan məlumat əsasında Nərimanov rayon Prokurorluğunun, rayon Polis İdarəsinin əməkdaşları və tibbi ekspertlərin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib.

Araşdırmalar zamanı məlum olub ki, S.Bayramov qohumu Cəlal Həmzəyevlə birlikdə bir neçə gün qabaq Nərimanov rayon ərazisində yerləşən “Baku Voice Rooms” restoranında, daha sonra Nəsimi rayon ərazisində “Baku City” restoranında müxtəlif spirtli içkilər və qida məhsulları qəbul ediblər. Daha sonra həmin şəxslər özlərini yaxşı hiss etmədikləri üçün xəstəxanaya müraciət ediblər. S.Bayramov müalicə aldığı Kliniki Tibbi Mərkəzdə ölüb, C.Həmzəyevin vəziyyəti isə ağırdır.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qaraçuxur bələdiyyəsinin üzvü seçilən Corc XXX hansı məşhurun oğludur? –

Sonrakı məqalə

Prezident ad günündə Qarabağ əlillərinə mənzil və avtomobillər verdi