Bakıda restorandan çıxan şəxs ətrafdakı insanlara bıçaqla hücum edib –

FOTO -VİDEO
22 Yanvar 2020 - 09:01

Bakının Nərimanov rayonunda xuliqanlıq zəmnində hadisə baş verib.

Əhməd Rəcəbli küçəsində yerləşən Karvan Pubda mübahisə düşüb.

Mübahisə zamanı orta yaşlı şəxs (şəxsiyyəti hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən müəyyənləşdirilir) iaşə obyektindən çölə çıxaraq əlbəyaxa dava edib. Daha sonra o, 90-PC-375 dövlət qeydiyyat nişanlı “Khazar” markalı avtomobildən bıçaq götürərək digər insanlara hücum edərək nalayiq sözlər işlədib.

O daha sonra “Khazar” markalı avtomobilə minərək ərazidən uzaqlaşıb. Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları gəlib. Şahidlərin izahatı alınıb. Həmin şəxsin axtarışına başlanılıb.