Bakıda sərnişin avtobusu körpüdən aşdı-

Yaralılar var
25 Yanvar 2020 - 09:33

Bakıda ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Maştağa qəsəbəsi ərazisində baş verib. Maştağa qəsəbəsi ərazisindəki körpüdə yolun buz bağlaması nəticəsində 107 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu “Mitsubishi-Pajero” və “VAZ 2107” markalı avtomobillərlə toqquşub. Hadisə nəticəsində sərnişin avtobusu və “Mitsubishi-Pajero” körpüdən aşıb. Hadisə nəticəsində 6 nəfər xəsarət alıb. Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilir.

Faktla bağlı araşdırma aparılır.