Bakıda sərnişin avtobusu qəza törədib- Xəsarət alan var

Bakıda zəncirvari yol qəzası baş verib.

“Report”un xəbərinə görə, hadisə Dərnəgül şossesində qeydə alınıb.

Belə ki, hərəkətdə olan 24 saylı marşurut avtobusu yolun kənarında dayanan “Hyundai” markalı avtomobillə toqquşub. Daha sonra avtobus KİA markalı maşına dəyib.

Hadisə nəticəsində “Hyundai” markalı avtomobilin sürücüsü ağır xəsarət alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.

Avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“ABŞ-da “erməni soyqırımı” ilə bağlı qərarın haqsız olduğunu sənədlərlə sübut etdik”

Sonrakı məqalə

Ziyafət Əsgərov: