Bakıda sabah 23 dərəcə isti olacaq-HAVA PROQNOZU

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər  bəzi yerlərdə zəif duman olacaq.

Şimal-şərq küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.  Havanın temperaturu  gecə 12-16° isti, gündüz  20-23°, Bakıda gecə 12-14° isti, gündüz  21-23°  isti təşkil edəcək.

Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % təşkil edəcək.

Oktyabrın 28-də Azərbaycanın rayonlarında  hava əsasən yağmursuz olacaq. Lakin səhər bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb  küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz  20-25° isti, dağlarda gecə 2-7° isti, gündüz  9-14° isti təşkil edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İCRA HAKİMİYYƏTİNƏ QURBAN GEDƏN BƏLƏDİYYƏLƏR –

Sonrakı məqalə

17 yaşlı qızını zorla ərə getməyə məcbur edən ata saxlanılıb