Bakıda su quyusundan meyiti tapılan şəxsi tanışları qətlə yetiribmiş- TƏFƏRRÜAT

Bakıda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

“Report”un xəbərinə görə, bir neçə gün əvvəl Binəqədi rayon sakini, 32 yaşlı Elvin Həbibzadə idarə etdiyi “BMW” markalı avtomobili ilə birgə yaşadığı evdən çıxaraq itkin düşüb.

Araşdırmalar zamanı onun tanışları – 1991-ci il təvəllüdlü Səbuhi Ələkbərov və 1992-ci il təvəllüdlü Rəşid Fətullayev tərəfindən Qaradağ rayonu Sahil qəsəbəsində qətlə yetirildiyi müəyyən edilib.

Daha sonra hər iki şəxs E.Həbibzadənin meyitini mərhumun avtomobili ilə S.Ələkbərovun Türkan qəsəbəsi ərazisində babasına məxsus bağ evinə apararaq həyətdəki su quyusuna atıblar.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış zamanı S.Ələkbərov və R.Fətullyaev saxlanılıb. E.Həbibzadənin meyiti isə quyudan çıxarılıb.

Rayon prokurorluğunda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib

Sonrakı məqalə

Prezident İlham Əliyevin Əlcəzair Prezidenti ilə görüşüb