Sabunçu rayonunda maşın 23 yaşlı şəxsi vurub. APA xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində baş verib. Belə ki, 1987-ci il təvəllüdlü Toğrul Süleymanov idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə hərəkətdə olarkən Məhəmmədli dairəsi yaxınlığında yola uzanmış 2003-cü il təvəllüdlü Kənan Əmirovu vurub. Kənan Əmirov xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi başlanılıb. AzPost.az