Bakıda sürücülər arasında dava düşüb –

Xəsarət alan var
13 Noyabr 2019 - 19:55

Bakıda döyülmə hadisəsi baş verib.

Hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Bakı sakini Vidadi Hüseynov yol üstündə tanımadığı sürücü ilə mübahisə edib. Mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Nəticədə V. Hüseynov tanımadığı sürücü tərəfindən döyülüb.

Yaralı müxtəlif bədən xəsarəti ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.