Bakının Xəzər rayonunda ağır yol-nəqliyyatı hadisəsi baş verib.
Hadisə Qala yolu kimi tanınan ərazidə baş verib. Xəzər rayonu 10 saylı Təcili Yardım Stansiyasına məxsus Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidməti avtomobili qorunmayan dəmiryol keçidindən keçib. Bu zaman yük qatarı avtomobili vurub. Təcili yardım briqadasının üzvləri ağır xəsarət alıb. Onlar hadisə şahidlərinin köməkliyi ilə 3 saylı xəstəxanaya aparılıblar.
Yaralılar – həkim, 1984-cü il təvəllüdlü Süleymanova Zərifə Şahin qızı, tibb işçisi, 1972-ci il təvəllüdlü Nəsibov Bayram Kamal oğlu və sürücü, 1957-ci il təvəllüdlü Kərimov Mais Mustafa oğlu xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.
Sürücü M.Kərimovun ayağı amputasiya olunub. (APA)