Bakıda tələbə dəm qazından boğulub öldü

Bakıda daha bir tələbə dəm qazından boğulub.

“Trend” məlumat verir ki, hadisə dekabrın 4-də baş verib. Ağsu rayon sakini, 1998-ci il təvəllüdlü Dadaşov Nurlan Akif oğlu Bakıda kirayə yaşadığı evin hamam otağında dəm qazından boğulub. N.Dadaşovun meyiti otaq yoldaşları tərəfindən aşkar edilib.

Məlumata görə, N.Dadaşov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 4-cü kurs tələbəsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabiq nazirlər arasında qalmaqal –

Sonrakı məqalə

“Leş Tofiq”in daha bir ardıcılı Balakəndə yaxalandı –