Bakıda üç avtomobil toqquşub, xəsarət alanlar var

- FOTO
08 İyun 2020 - 10:57

Bu gün səhər saatlarında Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, Binəqədi-Novxanı yolunda “BMW” markalı avomobil yolun əks istiqamətinə çıxaraq, “Toyota” və “Volkswagen Touareg” markalı avtomibilə çırpılıb.

Nəticədə bir neçə nəfər xəsarət alıb, avtomobillərə ciddi ziyan dəyib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.