Bakıda üç yeniyetmə zəhərlənib

- Gül toxumundan
28 Oktyabr 2019 - 14:15

Bakıda üç yeniyetmə zəhərlənib.

Hadisə paytaxtın Qaradağ rayonunda qeydə alınıb. Rayon sakinləri, 2002-ci il təvəllüdlü Murad Nuruliyev, 2003-cü il təvəllüdlü Baloğlan Aslanov və 2004-cü il təvəllüdlü Elməddin Aslanovun zəhərlənməsi ilə bağlı rayon Prokurorluğuna məlumat daxil olub.

Araşdırmalar zamanı yeniyetmələrin naməlum şəraitdə gül toxumu yeyərək zəhərləndiyi məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir(apa).