“Bakıdakı qardaşlarımızla qrupdan çıxmaq istəyirik” –Hamit Altıntop

“Arzum budu ki, millimiz bizim edə bilmədiyimizi AVRO-2020-də həyata keçirsin. Futbolçularımız daha gözəl yerlərə gəlsinlər və bizdən də yaxşı karyera qursunlar”.

Matc.az saytının məlumatına görə, bunu Türkiyə millisinin sabiq futbolçusu Hamit Altıntop deyib.

Türkiyə Futbol Federasiyasının İdarə Heyətinin üzvü olan 38 yaşlı sabiq yarımmüdafiəçi yerli mətbuata açıqlamasında “ay-ulduzlular”ın AVRO-2020-dəki şanslarını dəyərləndirib.

Altıntop yığmasının qrupdan çıxacaq gücdə olduğunu düşünür: “Yaxşı qrupa düşmüşük. Açılış oyununda meydana çıxmaq reklam baxımından da önəmlidi. Həmçinin bu, əlavə motivasiya verə bilər. Bakıdakı qardaşlarımızla qrupdan çıxmaq istəyirik. Komandamızın irəliləməsi çox önəmlidi. 3-cü yeri tutan komandalardan 3-ü növbəti mərhələyə adlayacaq. Kağız üzərində olduğu kimi, inşallah, qrupdan çıxarıq”.

Qeyd edək ki, Türkiyə A qrupunda İtaliya, Uels və İsveçrə ilə mübarizə aparacaq. Şenol Günəşin yetirmələri italyanlarla Romada, digər iki komanda ilə Bakıda üz-üzə gələcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İranda 3 gün matəm elan edildi

Sonrakı məqalə

“General Süleymaninin ölümü İran xalqının ürәyini yaralayıb”