Bakıdan Dubaya uçan təyyarə tüstüləndi –İranda təcili eniş etdi

Bakı-Dubay reysində uçan təyyarə Şirazda təcili eniş edib. 

APA-nın Tehran bürosunun məlumatına görə,  bunu Şirazın Şəhid Dəstğeyb adına beynəlxalq hava limanının rəhbəri Ehsan Ostovar deyib.

Onun sözlərinə görə, bu gün yerli vaxtla saat 13:36-da “Fly Dubai” hava yollarına məxsus “737 B” saylı reysində uçan təyyarənin pilotu ekipaj kabinəsində tüstü müşahidə etdiyi üçün Şiraz hava limanında təcili eniş edib.

O bildirib ki, Bakıdan Dubaya uçan təyyarədə 124 sərnişin və 6 ekipaj üzvi olub ki, onların hamısı təxliyyə olunub.

E.Ostovar deyib ki, xarici şirkət sərnişinlərin Şirazdan Dubaya çatdırılması üçün təyyarə göndərib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Suriyada öldürülən terrorçuların sayı 179-a çatıb –

Sonrakı məqalə

Trampla bağlı yeni qalmaqal –