Bakıdan Təbrizə təyyarələr yenə uçacaq

03 Oktyabr 2019 - 14:15

Azərbaycanın Neftçala rayonunda yerləşən Azərbaycan-İran müştərək avtomobil zavodunda “Khaza”, “Rana” və “Dena” markalı avtomobillər istehsal olunur. Tezliklə bu maşınlardan 10 ədədi Rusiyaya ixrac ediləcək”. 

Bunu Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov bildirib. Səfir deyib ki, zavodun 75%-i Azərbaycanın “Azərmaş” və 25%-i İranın “Khodro” şirkətinə məxsusdur.

B. Hüseynov Təbriz-Bakı aviareysinin yenidən açılacağını da əlavə edib. Qeyd edək ki, sözügedən aviareys üzrə uçuşlar təxminən bir aya yaxındır, ləğv olunub. (APA)