Bakının bəzi ərazilərində suyun verilməsində fasilə yaranacaq

Oktyabrın 3-ü saat 10:00-dan 00:00-a qədər Bakının Xətai, Səbail və Nəsimi rayonlarının bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq.

Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir. Məlumata görə, buna səbəb su xətlərində aparılacaq təmir işləridir.

Xidmətdən əlavə edilib ki, 00:00-dan etibarən suyun mərhələli şəkildə verilməsi həyata keçiriləcək.

Əvvəlki məqalə

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin yeddinci iclası keçirilib

Sonrakı məqalə

Azərbaycanın Avroviziyada nümayəndə heyətinə yeni rəhbər təyin olunub