Bakının geri qaytardığı Ermənistan ordusunun batalyon komandiri məhkəməyə çıxarılır

Ordumuz 16 noyabr 2021-ci ildə düşmənin atəşkəsi pozması nəticəsində Azərbaycanın dövlət sərhədinə baş vermiş toqquşma zamanı batalyon komandiri başda olmaqla 13 hərbçini əsir götürüb.
Azpost.info bildirir ki, bu barədə Ermənistan İstintaq komitəsinin məhkəməyə göndərdiyi ittiham aktında deyilir.
Qeyd edək ki, 16 noyabrda Kəlbəcərdə dövlət sərhədində toqquşma zamanı düşmənin müşahidə məntəqəsi nəzarətə alınıb və orada olan 21 hərbiçidən 13 nəfəri əsir alınıb. Döyüş zamanı öldürülən iki hərbçinin cəsədi noyabrın 17-19-da qaytarılıb. Əsirlərdən 8 nəfəri sonradan geri verilib.
Onlardan 3 nəfəri Ermənistana qaytarılandan sonra həbs olunub. Bu zabitlər batalyon komandiri olan mayora, onun müavini olan mayora, və müqavilə üzrə xidmət edən hərbçiyə nizamnamə qaydalarının pozulması ittihamı ilə cinayət işi açılıb. 
Məlumatda bu hərbçilərin adları açıqlanmır. İstintaq başa çatıb və iş məhkəməyə göndərilib.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“İqtidarla dialoq yoxdur, təmaslar var” –

Sonrakı məqalə

Məscidlərə mollanı Dini Komitə təyin edəcək –