Bakının Heydər Əliyev və Babək prospektlərində hərəkət məhdudlaşdırılır

24 Mart 2021 - 12:38

Aparılan cari təmir və təmizlik işləri ilə əlaqədar olaraq Heydər Əliyev prospektində Bağırov körpüsünün yan yollarında, həmçinin Babək prospektinin Günəşli qəsəbəsi istiqamətində düşən hissəsində hərəkət qismən məhdudlaşdırılır.

Bu barədə APA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, sürücülərdən sözügedən ərazilərdə sıxlıq yaranmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.