Bakının mərkəzində 2 gənc bıçaqla insanlara hücum etdi –

FOTO, VİDEO
13 Dekabr 2019 - 00:23

Bakının Səbail rayonunda iki nəfər bıçaqlı şəxs insanlara hücum edib.

Azpost.info Real.TV-yə istinadən  xəbər verir ki, hadisə Nizami küçəsində baş verib.

Həmin şəxslər insident zamanı yarıçılpaq vəziyyətdə olublar. Onlar ətrafdakıları bıçaqla təhdid etsələr də, başqa insanlara deyil, özlərinə xəsarət yetiriblər.

Əraziyə polis əməkdaşları cəlb olunub. Polis onların saxlanılması üçün əməliyyat keçirib və hər iki şəxs saxlanılaraq polis orqanına aparılıb.

Hadisənin təfərrüatları araşdırılır.