Bakının mərkəzində 2 gənc bıçaqla insanlara hücum etdi –FOTO, VİDEO

Bakının Səbail rayonunda iki nəfər bıçaqlı şəxs insanlara hücum edib.

Azpost.info Real.TV-yə istinadən  xəbər verir ki, hadisə Nizami küçəsində baş verib.

Həmin şəxslər insident zamanı yarıçılpaq vəziyyətdə olublar. Onlar ətrafdakıları bıçaqla təhdid etsələr də, başqa insanlara deyil, özlərinə xəsarət yetiriblər.

Əraziyə polis əməkdaşları cəlb olunub. Polis onların saxlanılması üçün əməliyyat keçirib və hər iki şəxs saxlanılaraq polis orqanına aparılıb.

Hadisənin təfərrüatları araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ SENATI QONDARMA “ERMƏNİ SOYQIRIMI”NI TANIDI

Sonrakı məqalə

“Qarabağ” “Düdelanj”la heç-heçə oynadı –