Bakıxanovda həssas qruplara adi vətəndaşlara sosial hüquqi yardım göstərilib –FOTOLAR

Azərbaycan Maarifçi Xeyrxah Xanımlar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sosial problemlərin həlli təşəbbüsləri” adlı layihənin icrasını davam etdirir.

4 ay müddətində həyata keçirilməsi nəzərdə tutulmuş layihənin məqsədi Bakı şəhərinin Bakıxanov qəsəbəsində yaşayan həssas əhali qrupların (yaşlı, tənha, xəstə və əlilliyi olan şəxslərin) sosial hüquqlarla bağlı maarifləndirilməsi, problemlərinin həllində (sosial sahədə hüquqi, maddi və mənəvi yardım, həkim müayinəsi və müalicəsini təşkil etmək yolu ilə) yardım etməklə onların sosial və mənəvi inkişaflarına dəstək verməkdir.

Layihə çərçivəsində sonuncu tədbir iyulun 2-də Bakıxanov qəsəbəsi, S. Mehmandarov küç, 34 ünvanında reallaşdırılıb.

Dəyirmi masanı layihənin təlimçisi Oktay Qasımov və hüquqşünas Leyli Quliyeva aparıb. 20 nəfər yaşlı, tənha, xəstə və əlilliyi olan iştirakçıya sosial hüquqlarla (sosial hüquqlar haqda qanunvericilik, sosial hüquqların müdafiəsi, hüquqların pozulduğu zaman hara, kimə və necə müraciət etmək olar, “biz təşkilat olaraq sizə necə kömək edə bilərik” və s. mövzularda) bağlı geniş məlumat verilib.

Təlimçi və hüquqşünas tədbir iştirakçılarına sosial hüquqları, hansı halda kimə və necə müraciət etmələri izah edilib. Sonra iştirakçıların suallarına cavab verildi və müraciət edənlərə əməli köməklik göstəriləcəyi bildirilib.

Layihənin hüquqşünası Leyli Quliyeva şikayətçiləri dinləyib və onlara müvafiq məsləhətlər verib.

Əvvəlki məqalə

“İsrail -Livan sərhədinə getməyin!” –

Sonrakı məqalə

“Rəqibin sirrləri çoxdur…”