“Baku Steel Company” MMC-də bədbəxt hadisə nəticəsində bir nəfər ölüb.
Ərazidə işləyən kranın bir hissəsi qırılaraq “KamAZ” markalı yük avtomobilinin üzərinə düşüb.
Hadisə nəticəsində yük maşınının sürücüsü ölüb.
Faktla bağlı araşdırma aparılır. (APA)