Bank of Baku kartlarında balans niyə səbəbsiz azalır?

Bank of Baku
Bank of Baku

Sosial şəbəkələrdə Bank of Baku ilə bağlı daha bir narazılıq gündəmə gəlib. AzPost xəbər verir ki, Nəsir Bağırov adlı istifadəçi bankdan əldə etdiyi debet kartla bağlı yaşadığı problemləri ictimai şəkildə paylaşıb.

Onun sözlərinə görə, kartı cəmi bir aya yaxındır istifadə etməsinə baxmayaraq, artıq ikinci dəfədir ki, balansda heç bir əməliyyat aparılmadan məbləğ mənfi 0.03 manat göstərilir. İstifadəçi bildirir ki, bu vəziyyət izah olunmadan baş verir və bankdan aydın cavab almaq mümkün olmur. Şikayətdə qeyd olunur ki, Bank of Baku-nun dəstək xidməti 24 saat fəaliyyət göstərmir, müraciətlərə isə yalnız istədikləri vaxt cavab verilir.

N.Bağırovun paylaşımında vurğulanır ki, dəstək xidmətinə yazdıqda əsasən süni intellekt tərəfindən avtomatik cavablar təqdim olunur və real əməkdaşla əlaqə qurmaq çətinləşir. Onun sözlərinə görə, müəyyən çətinliklə əlaqə yaratmaq mümkün olduqda isə yalnız “sorğunuz qeydə alındı” məzmunlu mesaj göndərilir və problem həll olunmadan qalır. İstifadəçi əlavə edir ki, ilk dəfə yaşanan bu hal aradan qaldırılmadığı üçün məsələni yenidən ictimailəşdirmək qərarına gəlib.

Qeyd edək ki, son dövrlər bank kartları ilə bağlı balans, texniki çıxıntılar və müştəri dəstəyi ilə əlaqədar şikayətlər sosial şəbəkələrdə daha tez-tez paylaşılır. Bank of Baku tərəfindən isə sözügedən iddia ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Bir bunu deyən yazı "15:52 6:15 INA.+*.++** 23454789 İstifada olunub İstanbula Pulsuz Sayahat fürsati qazanın! Şartlar 06 yanvar, 2026 Son tarix @traflı malumat AB- AZAL Miles Visa Platinum ขอ ya Mastercard Black Edition kartını sifariş edarak İstanbula pulsuz sayahat qazanın! Neca? Göstarilan kartı sifariş edin. 3000 AZN dövriyya edarak 500 Mil qazanın: 000 Mil xoş galdin bonusu 000 Mil- -kampaniya hadiyyasi 1500M Mil dövriyya bonusu Qazandığınız millari İstanbula uçuş biletina dayişin! Mil hesablanmayan MMC-larla tanış olmaq üçün bu linka keçid eda bilarsiniz: bit.ly/3F5sM" şəkili ola bilər

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.