Banqladeş hakimiyyəti Şeyx Hasinanı ölkəyə qaytarmaq istəyir

Banqladeşin keçmiş baş naziri Şeyx Hasina ölkəyə qayıtmalı və məhkəmə qarşısına çıxmalıdır.

Azpost.info xəbər verir ki, bu barədə ölkənin müvəqqəti hökumətinin başçısı Məhəmməd Yunus bildirib.

“O, geri qaytarılmalıdır, əks halda Banqladeş xalqı rahatlıq tapmayacaq”, – o deyib.

M.Yunus Şeyx Hasinanın əməllərinə ölkə məhkəməsinin qiymət verməli olduğunu bildirib.

Yunus keçmiş baş nazirin Hindistanda olarkən verdiyi açıqlamaları tənqid edib. Onun sözlərinə görə, Hindistan Hasinanı Banqladeş geri tələb edənə qədər saxlamaq istəsə, şərt onun susması olacaq.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.