“Barselona” “Atletiko”nu məğlub edib

İspaniya La Liqasında XXIII tur davam edir.

Apasport.az saytının məlumatına görə, turun mərkəzi oyunu “Kamp Nou”da baş tutub.

“Barselona” öz meydanında son çempion “Atletiko”nu sınağa çəkib. Məhsuldar keçən qarşılaşmada Kataloniya təmsilçisi qalib gəlib – 4:2.

Hesabı erkən qolla Yannik Karrasko açsa da, Xavinin komandasında Xordi Alba, Qavi, Ronald Arauxo və Dani Alves fərqlənib. Luis Suaresin qolu isə Madrid təmsilçisini darmadağından xilas edib. Daninin qırmızı vərəqə almasından sonra ikinci hissənin təxminən yarısını azlıqda qalan “Barselona” üstünlüyünü əldən verməyib.

Qeyd edək ki, bu qələbədən sonra xal hesabını 38-ə çatdıran “Barselona” 4-cü pilləyə yüksəlib. Eyni sayda – 22 oyunda 2 xal az toplayan “Atletiko” 5-ci sıraya düşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Son sutkada 7 min 474 nəfər COVID-19-a yoluxub

Sonrakı məqalə

MEDİA bəyanat yaydı: