İspaniyanın "Barselona" klubu altı ildən sonra ilk dəfə UEFA Çempionlar Liqasının 1/8 finalında qapısını toxunulmaz saxlayıb. Oxu.Az "Barca Universal"a istinadən xəbər verir ki, bu, Portuqaliyanın "Benfika" klubuna qarşı 1/8 finalın ilk matçında reallaşıb. Sonuncu dəfə 2019-cu ildə "Liverpul"la (İngiltərə) 1/8 final mərhələsinin ilk matçında qapısını toxunulmaz saxlayan (3:0) "Barselona" cavab görüşündə İngiltərə təmsilçisindən 4 cavabsız qol buraxıb. Qeyd edək ki, Lissabonda baş tutan görüş "Barselona"nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 61-ci dəqiqədə Rafinya rəqib qapısından keçirib. Komandalar arasında cavab qarşılaşması martın 11-də baş tutacaq.