Baş Dövlət Yol Polisi İdarəsinin rəisi:“Gözümüzün qarşısında günahsız insanlar ölür”

 “Gözümüzün qarşısında günahsız insanlar ölür”.

Bunu Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov Azərbaycan Radiosunun “Təhlükəsiz yol” proqramında deyib.

O bildirib ki, Yol hərəkəti təhlükəsizliyi dövlət rəhbərliyinin, nazirlik rəhbərliyinin daimi diqqətindədir və narahat edir: “Bu qəzalarda insan ölümləri bizi təəssüfləndirir. Bu gün həyatı avtomobilsiz təsəvvür etmək mümkün deyil. Bir insan həyatını avtomobil yolunda itirir. Hadisələrin təhlili onu göstərir ki, qəzalar bir çox insanların diqqətsizliyi və səhlənkarlığı ucbatından baş verir. Maarifləndirmə işləri aparmalıyıq ki, günahsız yerə insanlar ölməsin. Amma tək pis hadisələrə köklənməməli, bu sahədəki müsbət işləri də görmək lazımdır”. (Qafqazinfo)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev Azərbaycanın 2020-ci il dövlət büdcəsini təsdiqləyib

Sonrakı məqalə

Separatçıların rəhbəri Paşinyanı hədələdi: