Baş Nazir Əli Əsədov ilk qərarını imzaladı –Dövlət Komitəsində kollegiya üzvləri artırıldı

Nazirlər Kabineti Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiya üzvlərinin sayının 13 nəfərdən ibarət müəyyənləşdirilməsi barədə qərar qəbul edib.

Qərarı baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri kollegiyanın rəhbəri təyin olunub. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini, habelə komitə sədrinin müavinləri, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparatının rəhbəri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparatının Hüquq və daxili nəzarət şöbəsinin müdiri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunun direktoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun direktoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və Memarlıq Elmi Tədqiqat İnstitutunun direktoru kollegiyanın üzvləri təyin ediliblər.

Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiya üzvlərinin əvvəlki sayı 9 nəfərdən ibarət idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İran parlamentinin spikeri:

Sonrakı məqalə

Maşın bazarında alıcı az, qiymətlər isə bahadır –