Baş nazir Netanyahu İranın hucumu ilə bağlı İsrail vətəndaşlarına müraciət edib

İsrailin Baş naziri Benyamin Netanyahu İsrail vətəndaşlarına müraciət edib.

Azpost.info-nun məlumatına görə, o bildirib ki, İsrail İranın hücumuna hazırdır və cavab verəcək.

“Son illərdə, hətta son həftələrdə İsrail İranın birbaşa hücumu ehtimalına hazırlaşır. Lakin müdafiə sistemləri yerləşdirilib, biz həm müdafiədə, həm də hücumda hadisələrin istənilən inkişafına hazırıq”, – Netanyahu bildirib.

KAN radiostansiyası İranın İsrailə doğru onlarla pilotsuz uçan aparat atdığını bildirir. Ehtimal olunur ki, hücumların əsas hədəfləri hərbi obyektlər, o cümlədən hərbi bazalardır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.