Baş nazirdən yeni təyinat

07.11.2019 · 14:15 · Sosial

Baş Nazir Əli Əsədov özünə yeni köməkçi təyin edib.

Trend-in məlumatına görə, Ə.Əsədovun sərəncamı ilə Zakir Paşayev Baş Nazirin köməkçisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, digər iki köməkçilər Ələsgər Ələsgərov və Sabir Bayramovdur.

Ələsgər Ələsgərov oktyabrın 23-də Baş Nazirin köməkçisi təyin edilib.